Baş Prokurorluqda Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Canluka Espozito ilə Baş prokurorun birinci müavini Elçin Məmmədov arasında görüş keçirilib.

Qonaqları salamlayan Elçin Məmmədov Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı hörmət və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin əhəmiyyətini vurğulayaraq, insan hüquq və azadlıqlarının müdafiəsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə dialoq və təcrübə mübadiləsinin faydalı olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri, o cümlədən GRECO və MONEYVAL ilə əməkdaşlığa xüsusi önəm verir, onların tövsiyələrinin icrası istiqamətində aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət həyata keçirilir.

Həmçinin vurğulanıb ki, COP29 çərçivəsində Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilmiş “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksəksəviyyəli tədbirdə Canluka Espozitonun iştirakı və çıxışı iki qurum arasında əməkdaşlığın inkişafına töhfə verib.

Canluka Espozito səmimi qəbula görə təşəkkürünü bildirərək, Avropa Şurası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə edib.

O, Baş Prokurorluğun “Ekstradisiya haqqında” Avropa Konvensiyası çərçivəsində mərkəzi orqan kimi fəaliyyətinin beynəlxalq hüquqi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, Konvensiyanın transmilli cinayətkarlıqla mübarizədə əsas beynəlxalq hüquqi alətlərdən biri olaraq aktuallığını qoruduğunu bildirib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR