DİN-dən ÇAĞIRIŞ: “Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın!

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Gazette.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Qeyd olunub ki, sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda tez-tez “brend məhsullar çox ucuz qiymətə satılır” kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür:

"İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür. Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edir ki, bu cür reklamlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar qazanmağa yönəlir.

Məhsullar real bazar qiymətindən xeyli aşağı təqdim olunur, “son fürsət”, “məhdud sayda” kimi ifadələrlə insanlarda tələskənlik hissi yaradılır və düşünülməmiş qərar verməyə sövq edilir. Bu tip halların əsas məqsədi isə vətəndaşların şəxsi məlumatlarını, xüsusilə bank kartı məlumatlarını ələ keçirməkdir".

DİN vətəndaşlara aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:

Şübhəli linklərə daxil olmayın

Saytın ünvanını və etibarlılığını diqqətlə yoxlayın

Alış-verişi yalnız etibarlı və tanınmış platformalarda edin

Emosional təzyiq yaradan reklam və kampaniyalara aldanmayın

Qeyd olunub ki, belə hallarla qarşılaşdıqda həmin reklamlara reaksiya verməmək vacibdir:

"Əgər artıq hər hansı məlumat daxil edilibsə və ya şübhəli əməliyyat baş veribsə, vaxt itirmədən müştərisi olduğunuz banka və hüquq-mühafizə orqanlarına məlumat verin. Unutmayın, onlayn platformalarda diqqətli davranmaq hesabınızdakı vəsaiti qorumağın ən etibarlı yoludur".

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR