Rəcəb Rəhimli Aşağı Əylis kənd sakinlərinin müraciətlərini dinlədi

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli yerlərdə vətəndaşların müraciətlərinin dinlənilməsi və mövcud çətinliklərin yerindəcə öyrənilməsi məqsədilə növbəti səyyar qəbulunu Aşağı Əylis kəndində keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun xidmət sahələrinin rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı çıxış edən Rəcəb Rəhimli bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin əsas prioritetlərindən biri regionların davamlı inkişafının təmin olunması, vətəndaş rifahının yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması və müraciətlərin yerində həllidir.  İcra başçısı, ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edərək “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının regionda müasir infrastrukturun qurulması və hərtərəfli inkişafın təmin olunmasında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, bu çərçivədə Ordubad rayonunda şəhər və kənddaxili yol ifrastrukturunun yenidən qurulması, meliorasiya və su təsərrüfatı sistemlərinin yaxşılaşdırılması, kənd təsərrüfatının intensivliyinin artırılması, sahibkarlığın inkişafı, yeni istehsal sahələrinin yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi, turizmin inkişafı, tarix-mədəniyyət abidələrinin qorunması və bərpası, əhalinin rifahının yüksəldilməsi prioritet istiqamətlərdir. Görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası çərçivəsində Yuxarı və Aşağı Əylis kəndlərində içməli və suvarma suyu təminatının əsaslı şəkildə yaxşılaşdırılması nəzərdə tutulur.  Bildirilib ki, Zəngəzur dəhlizinin açılması regionun investisiya cəlbediciliyini artırmaqla, yeni infrastruktur layihələrinin icrasına, sahibkarlığın genişlənməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə birbaşa təsir göstərəcəkdir.

 

Daha sonra sakinlər tərəfindən səsləndirilən mərasim evinin tikintisi, kəhrizlərin lil və daşlardan təmizlənməsi, suvarma suyu xəttində təmir işlərinin aparılması, məşğulluq, kənd ərazisində su arxlarının təmizlənməsi və s. məsələlərlə  bağlı qaldırılan müraciət və təkliflərin bir qismi yerindəcə həll edilib. Araşdırma tələb edən digər müraciətlərin qanunvericilik çərçivəsində operativ şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

 

Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, eləcə də rayonun inkişafı istiqamətində görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

 

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR