Xocalı soyqırımı - insanlığa qarşı cinayət

Əli günahsız soydaşlarımızın qanına bulaşmış qatillərin Azərbaycan qanunları qarşısında cavab verərək, layiqli cəzalarını almaları müasir dünyada analoqu olmayan hadisədir.

Son iki əsrdə erməni millətçiləri öz havadarlarının təşviqi və himayəsi altında mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə tarixi torpaqlarımıza göz dikərək, ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya, etnik təmizləmə siyasəti aparmışlar. Mənfur düşmən çirkin niyyətinə nail olmaq üçün ağılasığmaz yollara baş vurmuş, hətta soyqırımları, qətliamlar belə törətməkdən çəkinməmişlər.

Düşmənin həyata keçirdiyi ağılasığmaz hadisələrdən biri də düz 34 il əvvəl baş tutdu. Bu gün dərin ürək ağrısı ilə xatırladığımız Xocalı faciəsi könlümüzün ən acı yarasıdır. Xalqımızın taleyinə, tariximizə qanla yazılmış 26 fevral tarixi qan yaddaşımızdır. Xocalı səhifəsi illər, əsrlər ötsə də unudulmayacaq, xalqımız tərəfindən ümumxalq birliyi, milli təəssübkeşliyimizin rəmzi kimi yad ediləcəkdir.

Bəli, Xocalını unutmamalı, unutdurmamalıyıq. Dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı xalqımıza qarşı azğın erməni silahlı birləşmələrinin vəhşiliyinin bariz nümunəsidir. 1990-cı ildə şəhər statusu almış Xocalı o zamankı “Dağlıq Qarabağ” da ən böyük yaşayış məntəqələrindən biri idi. Lakin erməni faşistləri aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan edə bilmişdi. Erməni vəhşiliyi nəticəsində bir gün ərzində Xocalı yüzlərlə şəhid verdi. 487 nəfər şikəst, 1275 nəfər dinc sakin–qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qaldı.

56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirildi, diri-diri yandırıldı, başları kəsildi, başlarının dərisi soyuldu, körpə uşaqların gözləri çıxarıldı, süngü ilə hamilə qadınların qarınları yarıldı. 613 nəfər şəhid düşdü. Onların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaq olmuş, 8 ailə isə bütövlükdə məhv edilmişdir. 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir.  Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.

Hər il 26 fevral tarixində ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Xocalı soyqırımı qurbanlarının, həmçinin bütün şəhidlərimizin qisası artıq alınmışdır. Lakin erməni məkri, erməni vəhşiliyindən doğan ağılasığmaz, heç bir çərçivəyə, hüdudlara sığmayan əməlləri, fəaliyyətləri ilə xalqımıza yaşatdıqları müsibətlər istəsək də, istəməsək də tariximizin bir parçası, unudulası qeyri-mümkün hadisələrdir. Bu tarixi isə bir daha yaşamamaq üçün daim xatırlamalıyıq. Əlbəttə ki, insanlığa sığmayan o amansızlığı, erməni qəddarlığını  bütün ruhu ilə yaşayanlar daha doğru təsvir edə bilər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev fikirlərinin birində; “Biz düşmənin cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı” deməklə Azərbaycanın, onun xalqının böyüklüyünü bir daha nümayiş etdirmiş oldu. Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki parlaq Qələbəsi tariximizə qızıl hərflərlə yazıldı.

Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq xalqımızın böyük tarixi Qələbəsini təmin etdi. Torpaqlarımız düşmən işğalından azad edildi, ərazi bütövlüyümüz, süverenliyimiz bərqərar oldu. 2023-cü ilin 19-20 sentyabr tarixində ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizlənərək işğaldan azad edildi. Bununla da Vətən tarixinə yeni əlamətdar tarix bəxş olundu, igid oğullarımızın şücaəti və qəhrəmanlığı sayəsində Xocalı erməni terrorçularından təmizləndi.

Bir zamanlar soyqırım və dağıntılara məruz qalan Xocalının azad olunması vətənini sevən hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşadır. Əli günahsız soydaşlarımızın qanına bulaşmış qatillərin Azərbaycan qanunları qarşısında cavab verərək, layiqli cəzalarını almaları isə müasir dünyada analoqu olmayan hadisədir. Bu mənada soyqırım günündə kədərlənməklə yanaşı, həm də qüdrətli Azərbaycanın vətəndaşları olmaqdan qürur hissi duymalıyıq.

Salman Abdullayev
Neftçala rayonu

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR