Yol Polisi yüksək sürətlə bağlı sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürücülərə növbəti dəfə müraciət olunub.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyyətli avtomobil yollarında sürücülər tərəfindən qarşıda hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlanılmır, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına lazımi səviyyədə riayət olunmur:

"Bu kimi hallar isə yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır.

Qanunvericiliyin tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti qəfil azaltdıqda və ya gözlənilmədən dayandıqda, toqquşmanın qarşısını ala bilsin.

Nəzərə alınmalıdır ki, nəqliyyat vasitələrinin texniki göstəriciləri, xüsusilə də tormoz sisteminin effektivliyi və dayanma məsafəsi fərqlidir. Bu səbəbdən sürücülər idarə etdikləri nəqliyyat vasitəsinin texniki xüsusiyyətlərini, yolun vəziyyətini və tətbiq olunan sürət rejimini nəzərə alaraq, təhlükəsiz ara məsafəsini düzgün müəyyən etməlidirlər. Sürət artdıqca ara məsafəsinin də mütənasib şəkildə artırılması zəruridir.

Eyni zamanda, yol şəraitinə uyğun müəyyən edilmiş sürət həddinin aşılması yolverilməzdir. Yüksək sürət zamanı sürücünün reaksiyası və təhlükəni vaxtında qiymətləndirmə imkanı azalır ki, bu da ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Unutmayaq ki, əhəmiyyətsiz hesab edilən hər bir qayda pozuntusu sonda faciəvi nəticələrə gətirib çıxara bilər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri sükan arxasında məsuliyyətli, diqqətli və intizamlı olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır".

SON XƏBƏRLƏR

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

BÜTÜN XƏBƏRLƏR