“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətləri Sammitində

3–5 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumətləri Sammitində iştirak edir.

Sammit çərçivəsində Dövlət Agentliyinin sədri “İslahatdan Qlobal Dialoqa: Məhdud imkanlar çərçivəsində ictimai etimadın və real nəticələrin təmin edilməsi” mövzusunda təşkil olunan dəyirmi masada çıxış edib. O,  “ASAN xidmət” təcrübəsi, eləcə də Dövlət Agentliyinin beynəlxalq müstəvidə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib. “ASAN xidmət”in Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən uğurlu və nümunəvi islahat olduğu xüsusi vurğulanıb.

Sessiyada 20 ölkənin müvafiq sahə üzrə nazirləri, rəhbərləri iştirak ediblər.

Həmçinin Kolumbiya, Tacikistan, Qazaxıstan və Qambiyanın müvafiq sahə üzrə  nazirləri ilə  görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

"ASAN xidmət"in nümayəndə heyətinin Dünya Hökumətləri Sammitində iştirakı davam edir.

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR