ADY-nin əməkdaşlarının 22 faizindən çoxu gənclərdir

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) 14 362 əməkdaşından 3 190 nəfəri, yəni 22,2 faizinin yaşı 35-ə qədərdir, yəni gəncdir.

Qurum ötən il gənclərin inkişafına yönəlmiş bir sıra layihələr həyata keçirib. 14 əmək yarmarkasında yüzlərlə gəncə ADY-də mövcud iş imkanları barədə ətraflı məlumat verilib, 50 tələbə və yeni məzun yay təcrübə proqramına cəlb edilib, onlardan 14-ü artıq ADY komandasının üzvünə çevrilib. Gənclər üçün "Açıq qapı" günləri və ekskursiyalar təşkil olunub, dəmir yolu sektorunun ekoloji üstünlükləri və innovativ həlləri təqdim edilib.

"Bu göstərici gənclərin peşəkar inkişafının ADY üçün prioritet olduğunu bir daha təsdiqləyir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR