İsmayıllıda hesabat yığıncağı keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının 2025-ci ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Basqal Resort SPA-da İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 2025-ci ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı təşkil olunub.

Yığıncaqda Milli Məclisin deputatı Novruzəli Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Bakıdan dəvət olunmuş qonaqlar, ziyalılar, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hesabat yığıncağı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.

Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 2025-ci ildə rayonda görülmüş işlər, icra edilmiş sosial-iqtisadi layihələr və 2026-cı il üçün qarşıda duran əsas vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib.

Çıxışdan sonra 2020–2025-ci illər ərzində İsmayıllı rayonunda həyata keçirilmiş layihələri və görülmüş işləri əks etdirən geniş videoçarx nümayiş olunub.

Hesabat yığıncağında çıxış edən Milli Məclisin deputatı Novruzəli Aslanov rayonda aparılan abadlıq-quruculuq işlərini və icra olunan sosial layihələri yüksək qiymətləndirib.

Şəhid anası Cəmilə xanım çıxış edərək rayon rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya, eyni zamanda həyata keçirilən layihələrə görə minnətdarlığını bildirib.
 

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs təltif olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Tərəqqi” medalı və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən şəxslərə mükafatlar təqdim edilib.

Hesabat yığıncağında, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

1

1

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR