Azərbaycanda xəbər səhifələrinə hücum edən kimlərdir? - Müəmma

Son dövrlərdə “Instagram” sosial şəbəkəsində fəaliyyət göstərən xəbər səhifələrinin kütləvi şəkildə bağlanması halları ciddi narahatlıq doğurur. Müşahidələr onu göstərir ki, bu proses təsadüfi xarakter daşımır və müəyyən qrup kiberdələduz tərəfindən sistemli şəkildə həyata keçirilir.

Bunu Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli qeyd  edib. Onun sözlərinə görə, həmin qruplaşma koordinasiyalı formada səhifələrə kütləvi şikayətlər göndərməklə onların fəaliyyətinin dayandırılmasına nail olur:

"Nəticədə sosial şəbəkə platforması qeyri-qanuni təsir mexanizminə və gəlir mənbəyinə çevrilir.

Bu cür hallar “instagram”da xəbər istehsalı ilə məşğul olan media subyektlərinin söz və mətbuat azadlığına, həmçinin ictimai əhəmiyyət kəsb edən məlumatların yayımına ciddi zərbə vurur. Xüsusilə həkimlər, müğənnilər və digər ictimai şəxslər haqqında yayımlanan tənqidi məzmunlar məqsədli şəkildə şikayət olunaraq silinir, xəbər səhifələrinin fəaliyyəti məhdudlaşdırılır.

Eyni zamanda, xəbər səhifələrinə qarşı saxta maillərdən və adlardan müəllif hüquqları (copyright) şikayətləri göndərilir, nəticədə qanuni əsaslar olmadan paylaşımlar silinir və səhifələrin fəaliyyəti məhdudlaşdırılır. Bu hallar açıq şəkildə sui-istifadə xarakteri daşıyır və informasiya təhlükəsizliyinə ciddi zərər vurur.

Eyni zamanda hesab edirik ki, “Instagram” və onun aid olduğu “META” ilə Azərbaycan Respublikasının aidiyyəti qurumları arasında institusional əlaqələr gücləndirilməlidir. Sosial şəbəkə ilə birbaşa və effektiv kommunikasiya mexanizmlərinin qurulması, xüsusilə xəbər səhifələrinə qarşı həyata keçirilən əsassız və kütləvi bağlanmaların qarşısının alınması baxımından bu mühüm əhəmiyyət daşıyır.

Hesab edirik ki, müvafiq dövlət qurumları tərəfindən bu təşkilatlanmış kiberdələduz şəbəkəsinin fəaliyyətinə hüquqi qiymət verilməsi də zəruridir. Yalnız bu halda baş verənlərin arxasında dayanan mexanizmlər və maraqlı tərəflər tam şəkildə üzə çıxarıla bilər".

Qeyd edək ki, bu günlərdə qafqazinfo.az saytının instaqram səhifəsi şikayətlərdən sonra silinib. Bundan əvvəl də Ölkə.az-ın instaqram səhifəsi şikayətdən sonra bir müddətlik fəaliyyətini dayandırmışdı. (olke.az)

SON XƏBƏRLƏR

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

BÜTÜN XƏBƏRLƏR