“Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” uğurla başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, “ASAN xidmətin, ICESCO-nun Bakı Regional Ofisinin və “Coca-Cola Azərbaycan” şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Quba Olimpiya İdman Kompleksində dekabrın 14-18-də “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” həyata keçirilib.

Gazette.az xəbər verir ki, 2025-ci il üzrə “İlin Könüllü”lərinin və “Fəal Könüllü”lərin, həmçinin Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin də könüllülərinin iştirak etdiyi düşərgədə gənclər üçün müxtəlif mövzulu təlimlər, interaktiv sessiyalar təşkil olunub. Düşərgə iştirakçıları “İdeaton” fəaliyyəti çərçivəsində komanda şəklində “beyin fırtınası” sessiyalarında iştirak edərək aparıcı könüllü təşkilatlarının rəhbərləri ilə layihə ideyalarını müzakirə ediblər.

Bununla yanaşı, düşərgənin proqramında asudə vaxtın səmərəli təşkili də diqqət mərkəzində olub. “Suveren” intellektual yarışı təşkil edilib, gil və kətan tablo üzərində ustad dərsləri həyata keçirilib.

Eyni zamanda, düşərgədə Beynəlxalq Könüllülər Mərkəzinə üzv ölkələrin iştirakı ilə “Təcrübə sərgisi” təşkil olunub. İştirakçılar həmin ölkələrin könüllü və gənclər təşkilatları haqqında məlumat veriblər.

Tədbir könüllülər arasında mədəniyyətlərarası dialoqun və dostluğun inkişafına töhfə vermək məqsədilə keçirilib.

Qeyd edək ki, dekabrın 4-də başlayan "Azərbaycan Könüllük Həftəsi 2025" 17 min könüllünün fəal iştirakı ilə başa çatıb. Artıq 7-ci dəfədir keçirilən “Könüllülük Həftəsi” çərçivəsində bu il 5 əsas mövzu üzrə 11 layihə icra olunub və bu layihələr 18 regionu əhatə edərək ölkəmizin hər bir guşəsində sosial təsir yaradıb. Bu göstəricilər könüllü gənclərimizin təşəbbüskarlığının, könüllü fəaliyyətinə göstərilən dövlət dəstəyinin və birgə əməkdaşlığın real nəticəsidir.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR