Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva ilə bağlı qalmaqal hələ də müzakirə mövzusudur.  Olayın səbəbi Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın rejissori və ssenari müəllifi Suad Qarayeva olan “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasıdır.

Adı çəkilən filmdə 12-ci əsrdə yaşamış azərbaycanlı şairə Məhsəti Gəncəvi gəzəyən qadın kimi təqdim edilib. Ekran əsərində Məhsəti Gəncəvi dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.

Bədii Şuranın rəsmi açıqlamasında filmdə Məhsəti Gəncəvinin obrazının təhrif olunduğu, etik və normativ çərçivələrin pozulduğu bildirilib. Qeyd olunub ki, ekran işində şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilib.

Açıqlamada həmçinin filmdə manipulyativ təqdimatların və kontekstdənkənar mənalandırma cəhdlərinin mövcudluğu əsas gətirilərək, “Məhsəti” filminə lisenziya verilməsinin məqsədəuyğun hesab edilmədiyi vurğulanıb.

Modern.az-ın məlumatına görə, müzakirələr fonunda filmin müəllifi Suad Qarayeva nəhayət üzr istəyib. O, bildirib ki, qısametrajlı filmlə bağlı son fikirləri heç bir halda tənqid məqsədi daşımayıb və bu, yalnız emosional, şəxsi düşüncə olub.

S.Qarayeva sözlərinin niyyətindən fərqli şəkildə başa düşülməsindən təəssüf etdiyini qeyd edərək, bundan təsirlənmiş və ya incinmiş ola biləcək hər kəsdən üzr istəyib.

Suad Qarayeva əlavə edib ki, ölkəsinə, xalqına və milli-mədəni dəyərlərə bağlılığı dəyişməzdir və bu bağlılıq onun üçün hər zaman prioritet olaraq qalır.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR