DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi

Müasir dövrün inqilabi yeniliklərindən olan süni intellekt artıq “E-Polis” mobil tətbiqinə inteqrasiya edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən  bildirilib ki, bundan sonra vətəndaşlar onları maraqlandıran məsələlər barədə ünvanladıqları suallara süni intellekt vasitəsilə operativ şəkildə cavab ala biləcəklər.

Qeyd edilib ki, yeni çat-bot funksionallığı ilkin olaraq sınaq məqsədilə “E-Polis” platformasında və “e-xidmet.mia.gov.az” elektron xidmətlər portalında istifadəyə verilib:

“Xidmətlərin izahı, müraciət qaydaları, tələb olunan sənədlər, istifadə prosesinə dair məlumatlar və digər ümumi suallar çat-botun cavab bazasına daxildir. Bu isə istifadəçilərin əlavə izahat axtarışına ehtiyac duymadan məlumatla təmin edilməsinə və müraciət prosesinin daha anlaşıqlı olmasına şərait yaradır.

Sınaq dövründə əldə olunan nəticələr çat-botun funksiyalarının genişləndirilməsi üçün baza rolunu oynayacaq. Toplanacaq rəy və müşahidələr əsasında gələcək mərhələlərdə daha ağıllı cavablandırma mexanizmlərinin əlavə olunması, səsli müraciət imkanları və ehtiyacdan asılı olaraq xidmətin yönləndirməsi funksiyalarının inkişaf etdirilməsi nəzərdə tutulur.

Beləliklə, bu yeniliyin tətbiqi vətəndaşların elektron xidmətlərə daha sürətli, rahat və fasiləsiz çıxışını təmin edəcək, əlavə vaxt itkisinin qarşısını alacaq və məlumat əldə etmə prosesini sadələşdirməklə vətəndaş məmnunluğunun daha da yüksəldilməsinə effektiv təsir göstərəcək”.

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR