“MEDİA Savadlılığı” Həftəsi çərçivəsində “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilir

Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində növbəti dəfə “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilir.

Gazette.az  xəbər verir ki, müsabiqə jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, eləcə də media sahəsinə maraq göstərən digər ixtisasdan olan tələbələri əhatə edir.

Müsabiqənin keçirilməsinin əsas məqsədi media savadlılığı və dezinformasiya ilə mübarizədə yeni məzmun ideyalarının yaradılması, gənclər üçün peşəkarlaşma, eyni zamanda, ixtisaslaşmanın təşviq edilməsidir.

Müvafiq müsabiqəyə “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: ⁠dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmış məqalələrlə müraciət etmək mümkündür.

Müsabiqə üçün dil, həcm və janr məhdudiyyəti nəzərdə tutulmur.

Qiymətləndirmə materialın yaradıcı, orijinal və maarifləndirici əhəmiyyətli olması, jurnalistikanın prinsiplərinə uyğunluğu, eləcə də plagiat və ya emal olunmamış informasiyanın (copy-paste) həcmi nəzərə alınmaqla aparılacaq.

Dekabrın 20-si saat 12:00-dək göstərilən linkdəki elektron qeydiyyat formasını dolduraraq müraciət edə bilərsiniz.

Qeyd edək ki, qaliblərə hədiyyə və sertifikatların təqdim edilməsi, həmçinin onların məqalələrinin peşəkar onlayn media subyektlərində paylaşılması nəzərdə tutulur.

Qeydiyyat linki: //shorturl.at/50FOD

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR