Ombudsman Səbinə Əliyeva Beynəlxalq Sammitdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Slovakiya Respublikasının Bratislava şəhərində 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş Ombudsmanların Beynəlxalq Sammitində iştirak edib.
 
İşgəncələrə qarşı Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində əldə olunmuş müsbət təcrübələrin mübadiləsi məqsədilə təşkil edilmiş beynəlxalq tədbirdə Səbinə Əliyeva ombudsman və milli insan hüquqları təsisatlarının insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi sahəsində fəaliyyətinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Azərbaycan və Slovakiyanın ombudsman institutları arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Müvəkkil bu əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu qeyd edib.
Səbinə Əliyeva Azərbaycan Ombudsmanının Milli Preventiv Mexanizm mandatı çərçivəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib, Ombudsman və Milli Preventiv Qrupun üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə mütəmadi olaraq başçəkmələrin həyata keçirildiyini, saxlanılan şəxslərin hüquqlarının müdafiəsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələrin verildiyini, bu sahədə müsbət təcrübələrin əldə edildiyini, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər nəticəsində MPM mandatının bir qədər də genişləndirildiyini diqqətə çatdırıb.
 
Ombudsman, həmçinin məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyini, Ombudsmanın fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 900 məhkumun əfv edildiyini diqqətə çatdırıb.
 
Beynəlxalq Sammit çərçivəsində insan hüquqları sahəsində fərqlənmiş şəxslərin mükafatlandırılması mərasimi keçirilib, həmin tədbirdə beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, 25 ölkənin səfiri, o cümlədən Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vüsal Abdullayev iştirak edib.
 
Tədbirin sonunda Ombudsmanların Sammitinin yekunlarına dair Bratislava Bəyannaməsi qəbul olunub.
 
Daha sonra Ombudsman Səbinə Əliyeva Slovakiya Respublikasının Avropa İşləri üzrə Milli Şurasının Komitəsində keçirilmiş görüşdə iştirak edib.

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR