
Reklam
02 Dekabr 2025, 09:27
187
Ötən ay 6 min 443 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən noyabrda icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 575, tankəleyhinə 208 mina, 6 min 510 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Qeyd edilib ki, noyabr ayı ərzində 6 min 443,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





