FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndə heyəti noyabrın 26-da və 27-də Türkiyə Respublikasında səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən Gazette.az-a verilən məlumata görə, səfərin təşkil olunmasında məqsəd Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ilə mövcud qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması olub.

Səfər çərçivəsində AFAD-ın rəhbər şəxslərinin və mütəxəssislərinin iştirakı ilə keçirilən görüşlərdə fövqəladə hallar sahəsində milli qanunvericilik, strateji planlama, mülki müdafiə, fövqəladə halların qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində fikir mübadiləsi aparılıb, təqdimatlar edilib.

Həmçinin nazirliyin nümayəndə heyəti AFAD rəhbəri Əli Həmzə Pəhlivanla görüşüb. AFAD rəhbəri iki qardaş ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib, əlaqələrin daha da genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.

Səmərəli və məhsuldar keçən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR