
Reklam
29 Noyabr 2025, 09:07
154
Balakən rayonunun loqosu hazırlanacaq
Balakən rayonunun müasir çağırışlara, informasiya cəmiyyətinin tələblərinə cavab verən loqosunun hazırlanması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq rayonun tarixini, mədəniyyətini, adət-ənənəsini, memarlığını, multikultural dəyərlərini və digər özünəməxsus xüsusiyyətlərini özündə əks etdirən layihələrin hazırlanaraq rayon icra hakimiyyətinə təqdim edilməsi üçün sakinlərə, yaradıcı insanlara müraciət olunub. Rayonun hər bir sakini bu mühüm və vacib layihədə yaxından iştirak edə, öz uğurlu təklifi və layihəsi ilə müraciət edə bilər.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





