Azərbaycan xalqından üzr istədilər

Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən üç Səudiyyə Ərəbistanı vətəndaşının məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, onların işinə Səbail Rayon Məhkəməsində baxılır.

Polisin keçirdiyi əməliyyatla qaldıqları hoteldə tutulan əcnəbilər üç aydır həbsdə saxlanılırlar.

Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad və Alzaman Mahdi Ali AR Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar. Bu maddənin sanksiyasında 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Anket məlumatlarından görünür ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyində təhqiqatçı, Alzaman Mahdi Ali isə eyni nazirliklə bağlı şirkətdə mühafizəçi işləyib.

Onlar Azərbaycana gəldikdən sonra Səbail rayonunun Salyan şosesində yerləşən “Panarama” hoteldə qalıblar.

Bugünkü iclasda təqsirləndirilən şəxslər məhkəməyə yazılı müraciət ünvanlayıblar. Ümumilikdə hər biri əməllərinə görə peşman olduqlarını dilə gətirərək Azərbaycan xalqından üzr istəyiblər: “Hesab edirik ki, biz Şəhidlər xiyabanında özümüzü məsuliyyətli aparmalı idik. Amma biz oranın Şahidlər xiyabanı olduğunu bilməmişik. Çünkü bizim ölkədə xiyabanlar bu formada deyil. Bütün şəhid ailələrindən, qazilərdən və Azərbaycan xalqından üzr istəyirik. Ümid edirik ki, bizi bağışlayarlar”.

Yazılı müraciətlər hakim Azər Tağıyevə təqdim edilib.

Prosesin davamında prokuror ittihamı elan edib. Əcnəbi müttəhimlər özlərini təqsirli bilməsələr də, müraciətlərində qeyd olunduğu kimi əməllərinə görə peşman olduqlarını deyiblər.

Qeyd edək ki, polis idarəsində aparılan ilkin istintaqda təqsirləndirilən şəxslər qanunda nəzərdə tutulduğu kimi tərcüməçi və dövlət hesabına vəkillərlə təmin olunub, özlərini müdafiə edə bilmələri üçün zəruri şərait yaradılıb.

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR