Azərbaycan ilə BƏƏ arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir

Ədliyyə naziri Fərid Əhmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ədliyyə naziri Abdullah bin Sultan bin Avad əl-Nuaimi ilə görüşüb.

Görüş çərçivəsində iki ölkə arasında ədliyyə sahəsində münasibətlərin inkişafı üçün mövcud olan hüquqi bazanın əhəmiyyəti diqqətə çatdırılıb. Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumunun icrasını dəstəkləyəcək yeni Əməkdaşlıq Proqramının imzalanması müzakirə edilib, bu sənədin hüquqi əməkdaşlığın genişləndirilməsinə əlavə töhfə verəcəyi bildirilib. 

Azərbaycan tərəfi ədliyyə sistemində rəqəmsallaşma və süni intellektin tətbiqinin genişləndirilməsi, xidmətlərin operativliyi və səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən bəhs edib və bu sahədə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsində maraqlı olduğunu ifadə edib. Ölkələr arasında hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin, eləcə də təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Fərid Əhmədov, həmçinin BƏƏ-nin Baş nazirinin müavini və daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə də görüş keçirib. Görüş çərçivəsində tərəflər arasında cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı ekstradisiyanın həyata keçirilməsi istiqamətində faydalı əməkdaşlığın olduğu vurğulanıb. Həmçinin tərəflər gələcək əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

SON XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

BÜTÜN XƏBƏRLƏR