Ali Məhkəmədə Vəkillər Kollegiyası ilə növbəti görüş keçirilib

Azərbaycan Respublikasının Ali Məhkəməsində "Femida Dialoq Platforması" çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə növbəti görüş baş tutub. Görüşdə vəkillərlə yanaşı, Ali Məhkəmənin hakimləri və Məhkəmə-Hüquq Şurasının üzvləri də iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qonaqları salamlayaraq, bu görüşün məhkəmə hakimiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, ikitərəfli müzakirələrin həm praktiki problemlərin aradan qaldırılmasına, həm də birgə əməkdaşlığa mühüm töhfə verəcəyini qeyd edib. Bildirilib ki, ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə son illərdə həyata keçirilən islahatlar əsasən ədalət mühakiməsinə çatımlığın təmin edilməsi, məhkəmələrin iş yükünün optimallaşdırılması, hakim korpusunun peşəkar kadrlarla komplektləşdirilməsi, məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsi və şəffaflığın artırılmasına yönəlib. Qeyd edilib ki, məhkəmə-hüquq sahəsində aparılan islahatlara vəkillər də öz töhfələrini verirlər. Həmçinin, vəkillərin qaldırdığı məsələlərin mütəmadi şəkildə analiz edildiyi və onların həlli istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.

Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov çıxışında dialoqu yüksək qiymətləndirərək, bu müzakirələrin artıq silsilə xarakter daşıdığı bildirib. Sədr qeyd edib ki, Ali Məhkəmə tərəfindən vəkillik institutunun fəaliyyəti zamanı üzləşilən problemlərin araşdırılması, onların operativ şəkildə həlli və əməkdaşlıq mühitinin daha da gücləndirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Bu təşəbbüsün vəkillərin peşə fəaliyyəti, eləcə də ədalət mühakiməsinə çıxış imkanlarının daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edən sədr göstərilən diqqət və dəstəyə görə Ali Məhkəmənin rəhbərliyinə minnətdarlığını ifadə edib. Eyni zamanda görüşün ədalət mühakiməsində xüsusi rolu olan vəkillik institutu üçün qarşıda duran məsələlərin birgə həlli baxımından təqdirəlayiq bir çağırış olduğu qeyd edilib. İlk görüşdə qaldırılan məsələlərin əksəriyyətinin artıq həll edildiyi diqqətə çatdırılıb və vurğulanıb ki, hazırda ölkəmizdə məhkəmə sahəsində baş verən müsbət dəyişikliklər artıq hiss olunmaqdadır. Vəkillərin məhkəmə-hüquq sisteminin inkişafında önəmli bir tərəfdaş olduğu və bu əməkdaşlığın hüquqi islahatların uğuruna birbaşa təsir göstərəcəyini vurğulayıb. Həmçinin, görüşlər nəticəsində əldə edilən tövsiyələr və irəliləyişlərin ölkəmizdə hüquqi sistemin daha da təkmilləşməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Sonra Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev son illərdə məhkəmə sahəsində aparılan islahatlar, yeniliklər və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Daha sonra vəkilləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, konkret mövzular üzrə rəy və təkliflər səsləndirilib.

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR