Şəhid jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Vətən müharibəsində hərbi jurnalist kimi informasiya savaşının ön sıralarında döyüşən, erməni terroru nəticəsində Kəlbəcərin Susuzluq kəndi yaxınlığında minaya düşərək həlak olan Məhərrəm İbrahimovun xatirəsinə həsr olunan "Jurnalist ömrünün əbədiyyət nəğməsi" kitabının təqdimatı keçirilib.

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev bu kimi tədbirlərin keçirilməsinin gənc jurnalistlərin peşəkarlaşmasında böyük rol oynadığını qeyd edib. Kitabın şəhid jurnalistin həyat və yaradıcılığını əhatə etdiyini bildirib.  

Milli Məclisin deputatı, kitabın rəyçisi Rizvan Nəbiyev nəşrin təkcə şəhid jurnalist Məhərrəm İbrahimovun peşəkar fəaliyyətini deyil, həm də onun Vətənə və peşəsinə olan sadiqliyini əks etdirdiyini söyləyib. O, çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs edərək, müharibənin Ordumuzun hərbi şücaəti ilə yanaşı, xalqımızın milli birliyinin, mətbuatın ön və arxa cəbhədə göstərdiyi fədakarlığın təcəssümü olduğunu vurğulayıb.
Kitabın müəllifi, jurnalist Əsgər Əlioğlu qardaşı Məhərrəm İbrahimovun peşəsinə qəlbən bağlı, vətənpərvər ruhlu jurnalist olduğunu deyib. O bildirib ki, Məhərrəm İbrahimov Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilib, daim qaynar nöqtələrdə olub, hərbi jurnalist kimi üzərinə düşəni lazımınca yerinə yetirib. Vətən müharibəsindən sonra Məhərrəm İbrahimov erməni vandallarının viran qoyduğu qədim yurd yerlərimizi jurnalist həmkarları ilə birlikdə kəndbəkənd gəzərək dağıntıları lentə alıb, tarixə çevirib. Əsgər Əlioğlu "Jurnalist ömrünün əbədiyyət nəğməsi" kitabının Məhərrəm İbrahimovun gördüyü işlərin daha geniş kütləyə çatdırılması məqsədilə dörd il ərzində yazıldığını vurğulayıb.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli çıxışlarında Məhərrəm İbrahimovla bağlı xoş xatirələrini bölüşüblər. Onlar şəhid jurnalistin zəhmətkeşliyindən, əzmkarlığından və insani keyfiyyətlərindən söhbət açaraq, onun xatirəsinin daim yad ediləcəyini qeyd ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb. Müəllif tələbələrə imzalı kitabını təqdim edib.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR