Neftçalada YAP-ın 33 illiyinə həsr edilmiş ümumrayon tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Neftçala Rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin 33-cü ildönümü münasibətilə “33 ilin zirvəsi: Sabitlikdən Zəfərə” adlı ümumrayon tədbiri keçirilib.

 

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala Rayon təşkilatının sədri Ülvi Fərzəliyev və aparat işçiləri, rayonun idarə və müəssisə rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları, fəal üzvlər və  gənclər  iştirak ediblər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhu ehtiramla yad olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, konstitusiya quruluşu uğurunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.

İlk olaraq çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə təbrik edərək partiyanın yaranma tarixi, inkişaf mərhələləri və müasir dövrdəki uğurları haqqında ətraflı məlumat verib. Bu əlamətdar tarixin Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi olduğunu, keçən qısa müddət ərzində Azərbaycanın siyasi səhnəsində liderlik mövqeyi qazandığını bildirib. Partiyanın  təkcə siyasi fəaliyyətlə kifayətlənmədiyini, həm də milli ideologiyanın formalaşmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. 

Daha sonra partiyanın veteran üzvü Oktay Kərimov, Cəngən kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Şəhrəbanu Əhmədova, şəhid Xalid Orucovun bacısı, YAP-ın gənc üzvü Sevinc Orucova  çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd ediblər. YAP-ın  sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu vurğulayıblar.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsini mərhələli şəkildə və böyük uzaqgörənliklə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə kimi müstəsna rol oynayır. 33 illik fəaliyyət dövrü ərzində YAP təkcə siyasi təşkilat olaraq deyil, həm də dövlətçiliyimizin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi, bölgələrdə infrastrukturların yenilənməsi və cəmiyyətin bütün sahələrində sistemli islahatların həyata keçirilməsi istiqamətində böyük nailiyyətlərə imza atıb. Partiyanın ideoloji xəttinin mərkəzində dövlətə sədaqət, vətəndaşa xidmət və milli maraqların qorunması dayanır və məhz bu prinsiplərə sadiqlik nəticəsində YAP bu gün həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə etibarlı, güclü və yenilikçi siyasi qüvvə kimi tanınır.  

Tədbirdə, həmçinin, Yeni Azərbaycan Partyiyasının 33 illik fəaliyyət xronikasını özündə əks etdirən videoçarx nümayiş olunub. Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyi tərəfindən hazırlanan musiqili-bədii proqramla davam etdirilib.

Sonda Neftçala Rayon İcra Hakimiyyəti və YAP Neftçala rayon təşkilatı tərəfindən bir qrup şəxs “Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə” Fəxri Fərmanla təltif olunub. Partiyaya yeni qəbul edilən üzvlərə vəsiqələr təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə başa çatıb.

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR