ADNSU-da “İlkin tibbi yardım” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən AZİ Akademiyanın və “Referans Medical Group”un birgə təşkilatçılığı ilə “İlkin tibbi yardım” mövzusunda təlim keçirilib.

Təlim “Referans Medical Group”un peşəkar əməkdaşları tərəfindən aparılıb və iştirakçılara təcili hallar zamanı davranış qaydaları, həyati vacib ilkin yardım bacarıqları, süni tənəffüs və ürək masajı (CPR), boğulma zamanı müdaxilə, həmçinin qanaxma zamanı düzgün ilkin tədbirlərin görülməsi haqqında praktiki məlumatlar verilib.

Tədbirdə çıxış edən “Referans Ambulansı” layihəsinin rəhbəri Anar Seyfullayev Azərbaycanın ilk özəl Təcili Tibbi Yardım xidməti haqqında geniş məlumat verib. O bildirib ki, bu kimi maarifləndirici təlimlər cəmiyyətin təhlükəsizlik mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. 

İnteraktiv formatda keçirilən təlimdə iştirakçıları maraqlandıran ilkin təcili yardım haqqında suallar cavablandırılıb və əyani formada izah olunub.

Qeyd edək ki, təlimin əsas məqsədi iştirakçılara fövqəladə vəziyyətlərdə ilkin tibbi yardımın əhəmiyyətini çatdırmaq, onlara həyati vacib bilik və bacarıqları aşılayaraq zəruri anlarda düzgün müdaxilə etmə üsullarını öyrətmək olub.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR