
"Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə ekskursiya olub
“II Yaşıl düşüncə maarifləndirmə proqramı” iştirakçıları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə ekskursiya edib
Gazette.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub.
Tur zamanı iştirakçılar Bakı şəhərində tullantıların qəbulu, yerləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində görülən işlərlə yerində tanış olublar. Gənclər Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunu, Balaxanı Sənaye Parkını və Tullantıların Yandırılması Zavodunu ziyarət edərək tullantıların idarə olunması və təkrar emal prosesi barədə ətraflı məlumat əldə ediblər.
Bərk məişət tullantılarının düzgün idarə edilməsinin ətraf mühitin qorunması baxımından əhəmiyyətinə diqqət çəkilən məlumat turu çərçivəsində iştirakçılar tullantıların çeşidlənməsi və təkrar emalı prosesini müşahidə ediblər.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





