
Mediasiyanın tətbiqi və üstünlükləri barədə məlumat verilib
Masallı Mediasiya Təşkilatının təşkilatçılığı ilə Masallı RİHB-nin Bədəlan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində “Mübahisələrin mediasiya vasitəsilə həllinin üstünlükləri” adı altında maarifləndirici tədbir keçirilib
Gazette.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Aybəniz Novruzova, ərazi icra nümayəndəsi Mətanət Paşayeva və mediasiya təşkilatının rəhbəri Xanhüseyn Səmədov iştirak ediblər.
Məsləhətçi-psixoloqu Aybəniz Novruzova və təşkilatın rəhbəri Xanhüseyn Səmədov mediasiyanın tətbiqi və üstünlükləri barədə ictimaiyyət qarşısında çıxış edərək onları maraqlandıran suallara cavab veriblər.
Tədbirin sonunda iştirakçılara mediasiya ilə bağlı maarifləndirici bukletlər paylanılıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





