
"Mediatorların ilkin hazırlıq kursları"nın daha bir mərhələsi başa çatdı
AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mediatorlar üçün keçirilən "Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlıq kursları"nın və "Mediatorların ilkin hazırlıq kursları"nın daha bir mərhələsi başa çatdı.
Gazette.az xəbər verir ki, kurslarda iştirak edib, imtahandan uğurla keçən mediatorlara sertifikatlar təqdim edilib. Sertifikatvermə mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Tahirə Allahyarova, həmçinin Ədliyyə Akademiyasının əməkdaşları iştirak edib, onlar yeni fəaliyyətə başlayan mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, kursları uğurla bitirən 95 nəfərə sertifikat təqdim olunub. Bunlardan 40 nəfəri qadın, 55 nəfəri isə kişidir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





