Naxçıvan regional “ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi  partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müstəqil Azərbaycanın banisi, Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafında və dövlətçiliyin möhkəmlənməsindəki tarixi xidmətlərini qeyd edib.  Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bu möhkəm təməl üzərində ölkəmizi yeni uğurlara aparır.  O,  YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdırıb və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli  vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP dahi liderin milli dövlətçilik ideyalarına sadiq qalaraq onların həyata keçirilməsini ardıcıl şəkildə təmin edib. Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həm Azərbaycan, həm də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası dinamik inkişaf və tərəqqi yolu keçib. 

Tədbirdə təşkilatı məsələlərə baxılıb, ərazi partiya təşkilatının sədri və müavini seçilib.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR