
Abdin Fərzəliyev Mediasiya Şurasının rəhbərliyini qəbul edib
2 oktyabr 2025-ci il tarixində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, mediasiya təşkilatı rəhbərləri və mediatorlar Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev ilə görüşüb.
Görüş zamanı Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mediasiya Şurasının fəaliyyəti və Abşeron rayonunda ikinci mediasiya təşkilatının fəaliyyətə başlaması təqdirəlayiq işdir. O, qeyd edib ki, Abşeron 2 saylı mediasiya təşkilatının fəaliyyətinə İcra Hakimiyyəti tərəfindən xüsusi diqqət var və təşkilatın üzərinə düşən fəaliyyətin həyata keçirilməsi üçün təşkilatla əməkdaşlığa hər cür şərait yaradılıb.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə səmimi qəbul üçün və Mediasiya Şurasının, Abşeron 2 saylı mediasiya təşkilatının fəaliyyətinə verdiyi dəstək üçün xüsusi təşəkkür edib. Nadir Adilov mediasiya sahəsində görülən işlər barədə Abdin Fərzəliyevə məlumat verib, görülən işləri diqqətə çatdırıb.
O qeyd edib ki, bütün mediasiya təşkilatlarının rəhbərlərinə tövsiyə edilib ki, işlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətə uyğun olaraq yerli icra hakimiyyətləri və yerli qurumlarla əlaqələndirilmiş əməkdaşlıq şəraitində qursunlar. Bu əməkdaşlıq ümumi dövlət siyasətinin həyata keçirilməsi üçün çox zəruridir.
Görüş çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi hazırlanmış xalça portreti Abşeron Rayon İcra Hakimiyyətinə ümummilli liderin xatirisinə ehtiram və hörmət əlaməti olaraq hədiyyə edilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





