“Diqqət, uşaqlar!” aylığı çərçivəsində növbəti tədbir keçirilib

Yollarda uşaq travmatizminin minimuma endirilməsi məqsədilə icra olunan “Diqqət, uşaqlar!” aylığı davam edir.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində respublikanın təhsil ocaqlarında keçirilən növbəti maarifləndirmə tədbiri Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə təşkil edilib.

BDYPİ-nin təşkilatçılığı ilə həyata keçirilən görüşdə yol hərəkəti qaydalarının əhəmiyyəti, piyada və sürücülərin məsuliyyəti, yollarda təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi barədə təhsilalanlara ətraflı məlumat verilib. Bu sahədə bilik və bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsi üçün müxtəlif metodiki vəsaitlərdən, audiovizual materiallardan istifadə olunub.

BDYPİ xüsusilə vətəndaş cəmiyyəti institutlarını “Diqqət, uşaqlar!” aylığına töhfə verməyə çağırır və bir daha xatırladır ki, yol hərəkəti qaydalarının uşaq və yeniyetmələrə aşılanması və bu qaydaların onların gündəlik həyat tərzinə çevrilməsi gələcəkdə təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR