
Reklam
27 Sentyabr 2025, 17:00
212
Prokurorluq əməkdaşları uşaq və körpələr evlərini ziyarət edib
Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və 1 oktyabr – “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, sentyabrın 26-da bir qrup prokurorluq əməkdaşı paytaxtın Nizami, Suraxanı və Xətai rayonlarında yerləşən uşaq və körpələr evlərini ziyarət edib.
Ziyarət zamanı prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum uşaqlarla görüşərək onların mövcud problemləri, təlim-tədris prosesi və məişət şəraiti ilə maraqlanıblar. Həmçinin uşaqlara müxtəlif hədiyyələr və dərs ləvazimatları təqdim olunub, xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, bu qəbildən olan humanitar aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





