Tahir Kazımov təqaüdə yola salındı

2025-ci il sentyabrın 16-da Azərbaycan Respublikası  Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Tahir Kazımovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.  

Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik fəaliyyətinə başladığını diqqətə çatdırıb.
 
Onun peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyi vurğulanıb. 
 
Hakimin bundan sonra da öz zəngin təcrübəsini hüquq ictimaiyyəti ilə bölüşəcəyinə əminlik ifadə olunub. 
 
Tahir Kazımov da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Sonda Tahir Kazımov "Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı" ilə təltif olunub.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR