Metro payız-qış qrafikinə keçir- İnterval azaldılır

Sentyabrın 16-dan Bakı metropolitenində qatarların hərəkəti payız-qış mövsümünün tələblərinə uyğun qurulacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Əmr imzalayıb.

Əmrə əsasən, qatarların yeni hərəkət qrafiki təsdiq edilib. Yeni tədris ilinin başlanması ilə əlaqədar xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq.

Yaşıl və Qırmızı xətlər üzrə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər olacaq.

Qeyd edilən vaxtlarda Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə mümkün ən optimal hərəkət qrafiki tərtib edilməklə, ən aşağı intervallar tətbiq olunacaq. Bu xüsusda həmin vaxtlarda “Həzi Aslanov” – “28 May” istiqamətində və əksinə qatarlar arasında ən aşağı interval 2 dəqiqə olacaq. Həmin hərəkət sahəsində günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox təşkil edəcək.

Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May" stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq. “Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək.

Şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər qatarlar arasında interval 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək.

Bundan savayı, həmin vaxtlarda “Həzi Aslanov” -  “Nərimanov” sahəsində intervallar qeyd edilən vaxtlardan iki dəfə artıq olacaq. Bu məqamlar da nəzərə alınaraq, Bakı metropolitenində müntəzəm monitorinqlər aparılacaq. Hərəkətin ən gur saatlarında qatarların “Memar Əcəmi” və “Neftçilər” stansiyasından dövr etməklə sərnişin axınının mümkün qədər tənzimlənməsi, digər vaxtlarda isə ehtiyat qatarlardan istifadə olunması təmin ediləcək.

Bundan savayı, tədris ilinin dərs növbələri arasında mümkün sıxlığın aradan qaldırılması məqsədilə mövsümün gedişində ehtiyat qatarların xəttə verilməsi vaxtları müəyyənləşdiriləcək.

Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” sahəsində qatarların hərəkət qrafiki olduğu kimi saxlanılacaq. Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal” - “8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib.

Yeni qrafikin 2025-ci ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub.

SON XƏBƏRLƏR

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

BÜTÜN XƏBƏRLƏR