BAKU Azərbaycan
15.03 °C

Leninin kişilərlə olan intim münasibətləri üzə çıxdı - “Balacaboy kişilərin böyük..."

22 aprel – Sovet dövründə bu tarix təqvimdə bayram günü kimi göstərilməsə də, həmin gün ölkədə bayram ab-havası hökm sürüb.Vladimir İliç Leninin doğum günü SSRİ-nin ucqar kəndlərindən tutmuş böyük şəhərlərinə qədər böyük coşqu ilə qeyd edilib. Səbəbkarın şərəfinə iməcliklərdən keçirilib, bütün müəssisə və təşkilatlarda kütləvi tədbirlər baş tutub, sənaye müəssisələrində, zavod və fabriklərdə toplantılar təşkil olunub. 

Həmin gün məktəblərdə  ən yaxşı oxuyan şagirdlər mükafat qaydasında vaxtından əvvəl oktybryat, pioner və komsomol sıralarına keçirilib. Şəhər və rayon partiya komitələrində Kommunist Partiyasına yeni üzv olanlara təntənəli şəkildə partiya biletləri təqdim edilib.

Биография Владимира Ульянова (Ленина) - РИА Новости, 03.03.2020
Bəli, Lenin belə “sevilib”, milyonlarla insana “ideal və müqqəddəs” şəxs kimi təqdim olunan proletarların rəhbəri insanların yaddaşına çiynində taxta-şalban daşıyan, Qubadan gələn alma sovqatını kimsəsiz uşaqlarla bölüşən, yüksək mənəvi-əxalqi dəyərlərə malik sadə bir rəhbər kimi yeridilib, sovet ideologiyası Vladimir İliçi mifləşdirməyi bacarıb. Amma əfsanəyə çevrilən Leninin mənəvi-siyasi abidəsi heykəlləri kimi zirvələrdə çox tab gətirməyib. 

SSRİ süquta uğradıqdan sonra açılan arxivlər proletarlar rəhbərinin də iç üzünü açıb. Sən demə, milyonların kumirinə çevrilən Leninin də dilə gətirilə bilməyəcək qədər xəcalətli əməlləri varmış...

Tarixçi alim Sokolovun arxiv araşdırmalarına nəzər yetirəndə Leninin homoseksual olduğuna qətiyyən şübhə yeri qalmır. Tarixçinin qənaətinə görə Vladimir İliç öz yatağını əsasən məşhur inqilabçılar - Zinovyev və Trotski ilə bölüşüb.

Врач ознакомился с историей болезней Ленина: История: Наука и техника:  Lenta.ru

Siyasi büronun üzvü, Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Qriqori Zinovyevin arxivindən tapılan məktublar Leninlə bağlı bir çox mətləblərə aydınlıq gətirib. 1917-ci il iyul ayının 1-də Leninin Zinovyevə yazdığı məktubda bu sətirlər diqqəti cəlb edir:

“Qriqori, vəziyyət elə gətirib ki, mən təcili Petroqradı tərk etməliyəm. Vacib işlərimə görə uzağa gedə bilmərəm. Yoldaşlar yaxınlıqda mənə bir yer təklif ediblər. Həmin yer tam təhlükəsizdir. Amma orada tək qalmaq mənim üçün darıxdırıcı olacaq. Özü də belə bir vəziyyətimdə. Gəl mənimlə birlikdə gedək, hamının nəzərindən uzaqda möcüzəli günlər keçirək. Gələ bilsən, təcili mənə zəng vur, mən göstəriş verim ki, iki nəfərlik yer düzəltsinlər”.

Zinovyev rəhbərin çağırışından imtina etməyib. Onlar Razlivdə öz “xoşbəxt” günlərini yaşayıblar.

Cütlüyə mane olan əsas şəxs Nadejda Krupuskaya olub. Zinovyevin Leninə məktublarının birində isə bu öz əksini tapıb:

“Yadındadır, biz Cenevrədə olanda bu qadından necə gizlənirdik. Bizi, bizim hisslərimizi, bir-birimizə bağlılığımızı heç kim başa düşə bilməz. Tez qayıt gəl, gözləyirəm səni, mənim çiçəyim. Sənin Qerşelin” (Zinovyevin əsl adı Qerşen olub).

Нереволюционный Ленин: велосипедист, турист, англоман - BBC News Русская  служба

Digər bir məktubda Zinovyev fikirlərini daha açıq ifadə edib:

“İliç, bütün tapşırıqlarını yerinə yetirmişəm. Burda mənim üçün çox çətindir. Ürəyimi ancaq onunla isidirəm ki, yaxın günlərdə səni görəcəm. Sən bizim yuvamızı saxlamısanmı? Ora başqa adam aparmırsan ki? Mən çox həyəcan keçirirəm, yalnız sənin sədaqətinə olan ümidim məni isidir. Öpürəm. Sənin Qerşenin”.

Lenin-Zinovyev cütlüyünün arasında qısqanclıq da yaşanıb, bəzən bu qısqanclığa görə umu-küsü də olub. Belə küsülülüklərin birində barışmaq üçün ilk addımı Lenin atıb və Zinovyevə nədənsə alman dilində məktub yazıb:

“Əziz Qerşen, sən gərək məndən inciməyəsən. Mən hiss edirəm ki, Qafqaza gəlməyini qəsdən gecikdirirsən. Yəqin ki, məndən çox incimisən. Bilirəm bunlar nəyə görədir. O ki, qaldı Trotski ilə mənim yaxınlığıma bu, bir dəfə oldu və daha təkrar olmayacaq. Səni gözləyirəm, biz öz möcüzəli yuvamızda barışacağıq. Sənin Vovan”.

От чего умер Ленин?

Zinovyev bu məktubla sakitləşməyib və Leninə ağır ittihamlarla cavab yazıb:

“İliç, mənim şübhələrim əsassız deyil. Hamı yaxşı görür ki, son vaxtlar sən onun ətrafında necə fırlanırsan. Mən səni yaxşı görürəm və səni kifayət qədər də yaxşı tanıyıram ki, sənin haqqında fikir söyləyim. Mən çox yaxşı bilirəm ki, böyük “alət”i olan kişiləri görəndə sənin gözlərin necə alışıb yanır. Sən özün həmişə deyirdin ki, balaca fiqurlu kişilərin böyük “alət”i olur. Mən kor deyiləm, hiss edirəm ki, onunla yaşadığın romana görə bizim sevgini unutmağa hazırsan”.

Leninlə Zinovyevin arasındakı “sevgi” macəralarını Krupuskaya təfsilatı ilə bilib. O, Cenevrədə öz gözləri ilə onların yataq oyunlarının şahidi olub. Krupuskaya bu utanc əməllərə qarşı mübarizə aparmaqda cıxış yolu tapmadığından susmağa üstünlük verib.

Григорий Зиновьев – биография, фото, личная жизнь, смерть - 24СМИ

Tarixçi alim Sokolov öz araşdırmalarında belə bir qənaətə gəlib ki, Lenin passiv, Zinovyev aktiv homoseksual olub.

70-ci illərdə Moskvada doğulmuş, milliyətcə erməni olan yazıçı Marietta Şaqinyan Lenin haqda kitab yazanda bütün arxivlərə buraxılışı olub. O da Leninin seksual opientasiyası ilə bağlı bir sıra arxiv materialları əldə edib və bu haqda Brejnevi məlumatlandırmaq üçün ona məktub yazıb. Brejnev bu məsələni yaxın ətrafı ilə müzakirə edib. O dövrdə SSRİ-nin baş ideoloqu olan Mərkəzi Komitənin katibi Suslovu bu xəbər dəhşətli dərəcədə sarsıdıb.

Suslov təklif edib ki, Marietta Şaqinyanı aradan götürtmək lazımdır. Brejnev isə məsələni başqa cür həll edib. O, erməni yazıçısını Lenin haqda kitab yazdığına görə dövlət mükafatı və mənzillə mükafatlandırıb, bununla da onun susmağına nail olub.

Vladimir İliç Lenin tez-tez təkrarladığı “İnsanlara nə aiddirsə, o mənə yad deyil” ifadəsini  işlədərkən, bəlkə də rəhbər öz əməllərinə haqq qazandırırmış və düşünürmüş ki, homoseksual olmağın heç bir qəbahəti yoxdur...

 

 

gundemaz