“28 May” stansiyasında baş verən tüstülənmənin səbəbi açıqlanıb

“28 May” metro stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib.

Bu barədə Bakı Metropoliteninin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, “elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib.

Ehtiyat tədbiri kimi, “Həzi Aslanov-28 May” istiqamətində 5 dəqiqəyə yaxın müddət ərzində qatarların hərəkətini təmin edən yüksək gərginlik çıxarılıb. Yoxlama tədbirləri nəticəsində təhlükəsizliyə tam zəmanət olduğundan 5 dəqiqədən sonra, “Xətai-Cəfər Cabbarlı” mənzili istisna olmaqla, digər sahələrdə qatarların hərəkəti interval tələbləri tam qorunmaqla bərpa olunub.

Hər ehtimala qarşı, verilmiş qərara uyğun olaraq, “Xətai-Cəfər Cabbarlı” mənzilində bütün sahələr üzrə tam yoxlama tədbirləri aparılıb. Təhlükəzliyə hər hansısa maneə olmadığından 16:09 dəqiqədə “Xətai-Cəfər Cabbarlı” mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub.

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR