205 nömrəli marşrut xətti bərpa edilib

205 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı dəyişdirilərək fəaliyyəti bərpa edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 21.10.2021-ci il tarixindən 205 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” avtobusları ilə icra ediləcək. 

205 nörməli marşrut xətti üzrə hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, marşrut xətti “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi və 20-ci Sahə ərazisi ilə Bakı Metropoliteninin “Nəsimi” stansiyasını əlaqələndirəcək.

Bununla da, Qaradağ rayonunun müxtəlif qəsəbələri üzrə sakinlərinin, eləcə də bu istiqamətdə çalışan əhalinin ictimai nəqliyyata olan tələbatının ödənilməsi daha da yaxşılaşacaq.  

Qeyd edək ki, çoxsaylı vətəndaş müraciətləri əsasında aparılan təhlillər nəticəsində 205 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların təşkilində bir sıra nöqsanlar aşkar edilmişdi. Marşrutun nizamsız fəaliyyəti, intervalın gözlənilməməsi, marşrutun fəaliyyətində fasilələrin yaranması və digər sərnişindaşıma qaydalarının pozulması sərnişinlərin haqlı narazılığına səbəb olurdu. 

Qeyd edilən nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcı qarşısında məsələ qaldırılsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR