BAKU Azərbaycan
13.03 °C

Bu gün bir sıra marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında keçiriləcək yürüşləri ilə əlaqədar bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sentyabrın 15-i səhər saat 09:00-dan mərasim tam başa çatanadək şəhərin bir sıra istiqamətlərində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil olunacaq.

Belə ki, Şəhidlər xiyabanı-“İçərişəhər” metro stansiyası-İstiqlaliyyət küçəsi-Qala Qapısı-Azneft dairəsi-Bəhram Gur heykəli istiqamətləti üzrə dəyişdiriləcək xətlər 3, 5, 6, 10, 18, 31, 37, 39, 53, 65, 88, 125 və 127 nömrəli marşrutlardır. Həmçinin S.Vurğun bağı – Bülbül prospekti-Neftçilər prospekti- Azadlıq prospekti istiqaməti üzrə 2, 4, 5, 10, 18, 32, 46, 49, 88, 125, 127 və 175 nömrəli marşrut xətləri dəyişdiriləcək.