BAKU Azərbaycan
13.03 °C

YAP-ın İdarə Heyətinin iclası keçirilib – QƏRARLAR

Sentyabrın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

YAP-dan GAZETTE-yə verilən məlumata görə, iclasda Bakı şəhərinin rayonları üzrə partiyanın yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi müzakirə olunub.

Qeyd edilib ki, YAP-ın yeni Nizamnaməsinə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz. Bununla əlaqədar oaraq partiyanın yerli təşkilatlarına aşağıdakı şəxslər yeni  sədr təyin olunublar:

  1. Nağıyev Muxtar Teymur oğlu Səbail rayon təşkilatına,
  2. Süleymanov Azər Abdul oğlu Nəsimi rayon təşkilatına,
  3. Nəbiyev Bəxtiyar Eyvaz oğlu Yasamal rayon təşkilatına,
  4. Vəliyev Samir Əhməd oğlu Nərimanov rayon təşkilatına,
  5. Rəhimzadə Vüqar Gəncəli oğlu Xətai rayon təşkilatına,
  6. Vəlibəyov Ramil Vaqif oğlu Nizami rayon təşkilatına,
  7. İsmayılov Vüsar Qəşəm oğlu Binəqədi rayon təşkilatına,
  8. Vəliyev Misirxan İzzət oğlu Sabunçu rayon təşkilatına,
  9. Seyidov Vüqar Səməndər oğlu Suraxanı rayon təşkilatına,
  10. Əhmədov Namiq Məcid oğlu Xəzər rayon təşkilatına,
  11. Əliyev Qafar Məmməd oğlu Qaradağ rayon təşkilatına,
  12. Abasov Emil Tofiq oğlu Pirallahı rayon təşkilatına.

İclasda sonra Yeni Azərbaycan Partiyasının təsis etdiyi “Yeni Azərbaycan” qəzetinə yeni baş redaktorun təyin edilməsi məsələsi müzakirə olunub və Alqış Musayevin qəzetin baş redaktoru vəzifəsinə təyin haqqında qərar qəbul olunub. 

Uzun illər “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışmış Milli Məclisin deputatı Hikmət Məmmədov YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici müəyyən edilib.

İclasda həmçinin YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyuşovun geniş ictimai qınağa səbəb olmuş hərəkəti ilə bağlı məsələ müzakirə olunub və onun partiya sıralarından xaric olunması barədə yekdil qərar qəbul edilib.

Qeyd edək ki, iclasda Bakı üzrə 9 rayon təşkilatının vəzifələrindən azad edilmiş sədrləri arasında Tağı Əhmədov, Aydın Hüseynov, Məlahət İbrahimqızı, Hikmət Şikarov, Şəmsəddin Hacıyev kimi tanınmış simalar da var.