
Reklam
08 Sentyabr 2021, 16:08
783
Ağstafanın həbsdə olan sabiq icra başçısı vəfat edib
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib.
GAZETTE xəbər verir ki, Gəncə modul tipli xəstəxanasında “COVID-19”-dan dünyasını dəyişən N.Quliyev Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacaq.
Qeyd edək ki, Goranboy, daha sonra isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmış Nizaməddin Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunmuş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun hökmü ilə 9 il azadlıqdan məhrum edilmişdi.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





