“YAŞAT” Fondunun Çağrı Mərkəzinə 55 mindən çox müraciət daxil olub

 8 yanvar 2021-ci il tarixindən bu günə qədər “YAŞAT” Fondunun Çağrı Mərkəzinə 55 mindən çox vətəndaş zəngi daxil olub.

Fonddan GAZETTE-yə verilən məlumata görə, bu zənglər zamanı şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 8 mindən çox müraciəti qeydiyyata alınaraq aidiyyati üzrə yönləndirilib. Bunların 2300-ə yaxını şəhidlərimizin ailə üzvlərinin, 6000-dən çoxu isə yaralılarımızın müraciətləridir.

Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

“YAŞAT” Fondu Azərbaycan Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılmışdır. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Qeyd edək ki, 8 yanvar 2021-ci il tarixində “YAŞAT” Fondunun yashat.gov.az portalı istifadəyə verilib və Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR