
Reklam
23 Avqust 2021, 20:27
805
Azərbaycanda sutka ərzində 348 vaksin vurulub
Avqustun 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 348 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan GAZETTE-yə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 279, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 69 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 milyon 170 min 724-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 713 min 422, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 457 min 302 nəfərdir.

ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





