
Reklam
24 Oktyabr 2021, 12:00
1462
Verstappen mövsümdə 9-cu poulunu Ostində qazanıb
Formula 1 üzrə ABŞ Qran-pri yarışın təsnifat mərhələsi keçirilib.
ABŞ-ın Ostin trasında baş tutan sıralanma turunda “Red Bull” komandasının pilotu Maks Verstappen hamıdan sürətli olub.
Niderlandlı sürücü bu mərhələdə 1:32.910 saniyəlik nəticə ilə “Mercedes” komandasının pilotu Lyuis Həmiltonu qabaqlamağı bacarıb. Verstappenin mövsümdə 9-cu poulunu qazandığı ABŞ QP-də üçüncü sıradan onun komanda yoldaşı Serxio Perez start götürəcək.
Qeyd edək ki, təsnifat mərhələsində 4-cü nəticə göstərən “Mercedes”in digəri pilotu Valtteri Bottas aldığı 5 yerlik cərimə səbəbindən bu gün keçiriləcək yarışa 9-cu sıradan başlamalı olacaq.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay








