Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə görüşüb

20 oktyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.

XİN-in mətbuat xidməti idarəsindən bildirilib ki, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Xorvatiya arasında münasibətlərin inkişafı perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib. O, ölkələrimiz arasında siyasi dialoqun davamlılığı, ali və yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin təşkilinin əhəmiyyətini vurğulayaraq, bu müsbət tendensiyanın davam etdirilməsinin vacib olduğunu ifadə edib.

Nazir Qordan Qrliç Radman Azərbaycanda səfərdə olmaqdan məmnunluq ifadə edib və Azərbaycan Prezidenti ilə keçirilmiş görüşə istinad edib. İki ölkə arasında bir sıra oxşarlıqların olduğunu səsləndirən Xorvatiya naziri, bu xüsusda ölkələrin suverenliyi və müstəqillik mübarizəsini qeyd edib. O, müstəqilliyin bərpası dövründə Azərbaycan tərəfindən əldə olunmuş nailiyyətlərin təqdirəlayiq olduğunu söyləyib. Nazir, Xorvatiyanın Azərbaycanla əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən XİN-lərarası siyasi məsləhətləşmələrinin mütəmadi əsasda keçirilməsi, parlament ölçüsü üzrə əlaqələrin genişləndirilməsi, habelə əlaqələrimizin əsas sütunlarından olan iqtisadi sahədə, eləcə də enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar, humanitar, turizm və digər istiqamətlər üzrə əlaqələrin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Cari səfər çərçivəsində Biznes Forumunun təşkilinin iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı platformasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycan ərazisindəki son vəziyyət, xüsusilə də üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri həmkarının diqqətinə çatdırıb. Azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri, eləcə də minalardan təmizləmə işləri ilə bağlı məlumat verib. Dost Xorvatiyanın xüsusilə minalardan təmizləmə sahəsində təcrübəsi nəzərə alınmaqla, azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq prosesində iştirak edə biləcəyi qeyd edilib.

Görüşdə nazirlər, həmçinin bölgələrdəki vəziyyət və qlobal gündəliyə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR