BAKU Azərbaycan
12.03 °C

Sutka ərzində daha 3788 nəfər infeksiyaya yoluxub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3788 yoluxma faktı qeydə alınıb, 3228 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GAZETTE-yə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 424 min 891 nəfərin “COVID-19” infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 366 min 126 nəfər müalicə olunaraq sağalıb, 5 min 636 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 min 129 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 693, bu günə qədər isə ümumilikdə 4 milyon 461 min 937 test icra olunub.