BAKU Azərbaycan
24.03 °C

Türkiyədə yanğınlarla mübarizə aparan FHN-in əməkdaşları mükafatlandırılacaq – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

GAZETTE xəbər verir ki, Sərəncama əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat vəsait ayrılıb.

Xatırladaq ki, Türkiyənin bir çox bölgəsində baş vermiş güclü meşə yanğınlarının söndürülməsinə dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə FHN-in 743 şəxsi heyəti, 97 texnikası, 1 helikopteri və 1 ədəd amfibiya təyyarəsi göndərilmişdi.