BAKU Azərbaycan
13.03 °C

Ölkə əhalisinin 23 %-dən çoxu peyvənd olunub

Azərbaycanda 2,3 milyondan çox şəxs “COVID-19” infeksiyası əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub.

Gazette.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Bildirilir ki, avqustun 14-nə olan məlumata görə, 3 milyon 380,387 min nəfər birinci, 2 milyon 358,955 min nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.

Vurulan vaksinlərin ümumi sayı 5 milyon 739.342 min təşkil edir.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və əhaliyə “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndləri təklif edilir.