Ötən sutka 60 mindən çox vaksin vurulub
Ölkə
07.08.2021 / 00:15
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 068 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gazette.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 327 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 311 119, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 091 301, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 219 818 təşkil edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay