ABŞ-da yaşayan soydaşımız “Cage Fury FC 50” turnirinin qalibi olub – FOTO

ABŞ-da yaşayan qarışıq döyüş ustası Hüseyn Əliyev 5 sentyabr 2021-ci il tarixində Hyuston şəhərində keçirilən “Cage Fury FC 50” turnirində qələbə qazanıb.

GAZETTE Diasporla İş üzrə Dövlət Komitəsi istinadən xəbər verir ki, “Bayou City Event Center”in arenasında təşkil edilən turnirdə Hüseyn Əliyev 27 yaşlı ABŞ idmançısı, 65 kq çəki kateqoriyasında çıxış edən Kemeron Qreyvislə qarşılaşıb və rəqibinə qalib gəlib. Yarış zamanı Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Amerika–Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov və icma üzvləri həmvətənimizi dəstəkləyiblər.

Qələbədən sonra soydaşımızla görüşən Samir Novruzov idman sahəsində əldə etdiyi nailiyyətlərinə və idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının və Amerika Azərbaycan İnteqrasiya Mərkəzi adından Hüseyn Əliyevə diplom təqdim edib.

Qeyd edək ki, Hüseyn Əliyev 1990-cı ildə Bakı şəhərində anadan olub. MMA üzrə 3 qat dünya çempionu olan, 65 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Əliyev peşəkar döyüşdə aktivinə 11 qələbə, 1 heç-heçə, passivinə isə 4 məğlubiyyət yazıb. Həmvətənimiz daha böyük turnirlərdə güclü rəqiblərlə döyüşmək üçün bir neçə il öncə ABŞ-a köçüb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR