İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək

İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından  verilən xəbərə görə, bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə – perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur.

Ay iyunun 15-i Bakı vaxtı ilə saat 03:19-da perigey nöqtəsindən keçəcək, bu zaman onun Yerə qədər məsafəsi 357 195 km olacaq. Cəmi bir neçə saat sonra, saat 06:56-da Ay Təzə Ay fazasına daxil olacaq. Perigey ilə Təzə Ay arasındakı zaman fərqi təxminən 3 saat 37 dəqiqə təşkil etdiyindən, bu hadisə astronomiyada Super Təzə Ay adlandırılır. İndiyədək qeydə alınan ən yaxın Super Təzə Ay hadisələrindən biri 22 yanvar 2023-cü ildə baş verib. Bu zaman Ay Yerə təxminən 356 568 km məsafəyə qədər yaxınlaşıb.

Təzə Ay zamanı Ay Yer ilə Günəş arasında yerləşir və onun işıqlanan tərəfi Yerə əks istiqamətdə olduğundan Ay səma üzərində görünmür. Buna baxmayaraq, bu faza astronomik baxımdan böyük əhəmiyyət daşıyır. Ayın görünməməsi gecə səmasını daha qaranlıq edir və zəif dərin səma obyektlərinin – qalaktikaların, ulduz topalarının və dumanlıqların müşahidəsi üçün əlverişli şərait yaradır.

Ayın orbiti tam dairə deyil, ellips formasındadır. Buna görə Ayın Yerə qədər məsafəsi daim dəyişir. Perigey nöqtəsində Ay Yerə ən yaxın, apogey nöqtəsində isə ən uzaq mövqedə olur. Super Təzə Ay hadisəsi məhz Ayın perigey yaxınlığında Təzə Ay fazasına düşməsi nəticəsində baş verir. Bu hadisə zamanı Ay Yerə bir qədər yaxın yerləşsə də, görünmədiyi üçün bunu vizual olaraq müşahidə etmək mümkün deyil. 

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR