"Siri" və ChatGPT tərəfdaşlığında gizli savaş

Böyük maraqla qarşılanan süni intellekt inteqrasiyasının arxasında ciddi güc mübarizəsinin getdiyi bildirilir. Son aylarda “Apple” ekosisteminə daxil ediləcəyi açıqlanan ChatGPT, gözləniləndən xeyli zəif tətbiq prosesi ilə üzləşib. Sızan məlumatlara görə, “OpenAI” rəhbərliyi Kupertino mərkəzli texnologiya nəhəngi “Apple”ın müqavilə şərtlərini yerinə yetirmədiyini iddia edərək hüquqi addım atmağa hazırlaşır.

Gazette.az Valyuta.az-a istinadən xəbər verir ki, iki nəhəng arasındakı əməkdaşlıq ilk mərhələdə daha ümidverici görünürdü. “Apple” “Siri” ilə qurulan bu inteqrasiyanı, keçmişdə “Safari” brauzerində “Google”un standart axtarış sistemi seçilməsi strategiyasına bənzər şəkildə dəyərləndirirdi. Bu yanaşma “OpenAI” tərəfində mobil ekosistem üzərindən hər il milyardlarla dollar həcmində yeni abunə gəliri əldə etmək gözləntisi yaratmışdı. Lakin hazırkı mərhələdə şirkət “Apple”ın “ChatGPT”ni arxa planda saxladığını və brend dəyərinə zərər vurduğunu düşünür.

Prosesin məhkəməyə gedə bilməsində əsas amillərdən biri “Apple”ın interfeys dizaynı ilə bağlı seçimləri olub. İstifadəçilərin “Siri” vasitəsilə süni intellektə çatmaq üçün davamlı olaraq “ChatGPT” adını çəkməli olması, əlçatanlıq baryeri yaradır. Bundan əlavə, cavabların ekranın kiçik hissəsinə yerləşdirilməsi funksiyanın görünürlüğünü azaldır. “OpenAI” nümayəndələri müqavilə imzalanarkən bu səviyyədə məhdudiyyət gözləmədiklərini bildirir.

Müstəqil hüquq komandası ilə sənəd hazırlayan şirkət yaxın vaxtlarda rəsmi addım atmağa hazırlaşır. Böhran məhkəmə müstəvisinə keçmədən həll edilmək istənsə də, tərəflər arasında münasibətlərin ciddi şəkildə gərginləşdiyi qeyd olunur. Hətta “OpenAI”ın “Apple” ilə gələcək digər layihələr üzrə əməkdaşlıq təkliflərini də rədd etdiyi bildirilir.

Hüquqi prosesin gecikməsinin bir səbəbinin də İlon Maskın açdığı mövcud dava ilə bağlı olduğu qeyd edilir. Mask iki şirkətin bazarda inhisar yaratdığını iddia etmişdi. Lakin yeni yaranan bu mübahisə “gizli ittifaq” iddialarını zəiflədir. “Apple”ın “OpenAI”ın öz ağıllı cihaz layihəsini və keçmiş dizayn rəhbəri Coni Ayv ilə əməkdaşlığını öyrəndikdən sonra bu inteqrasiyada geri addım atdığı iddia olunur.

Kupertino rəhbərliyinin hazırda “Anthropic” şirkətinin “Claude” və “Google”un “Gemini” sistemlərini “Siri” üzərində sınaqdan keçirdiyi bildirilir. Məhkəmə orqanları isə Elon Maskın Tim Kukun yazışmalarının araşdırılması tələbinə rədd cavabı verib, lakin baş proqram təminatı rəhbəri Kreyq Federiqinin strateji qərarlarına dair sənədlərin təqdim edilməsinə qərar verib. Payızda gözlənilən böyük məhkəmə iclasından əvvəl iyun ayında “Siri” üçün yayımlanacaq yeniləmənin gərginliyi azaltması ehtimalı da qeyd olunur. Hazırda isə iki nəhəng hüquqi sərhədlər daxilində qarşı-qarşıya dayanıb.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR