Süni intellektdən beyinə zərər vermədən istifadə etməyin yolu açıqlandı

Süni intellektin əsas təhlükəsi texniki deyil, psixolojidir.

Nobel mükafatı laureatı fizik Saul Perlmutter Norveç Mərkəzi Bankı İnvestisiya Fondunun baş direktoru Nikolay Tangenlə podkast müsahibəsində deyib.

Onun sözlərinə görə, süni intellekt insanlara bir mövzunu, əslində, dərk etmədən öyrənmiş kimi hiss etdirə və yalançı inam yarada bilər.

Kainatın genişlənməsinin sürətləndiyini kəşf edən alim xüsusilə tələbələr və informasiya ilə işləyən mütəxəssislər üçün risklərə diqqət çəkir.

Perlmutter qeyd edir ki, süni intellekt cavablarını çox vaxt həddindən artıq inamlı tonda təqdim edir və bu da tənqidi düşüncəni zəiflədə bilər.

Perlmutter süni intellektin insan zehni əməyini çox erkən mərhələdə əvəz etməsinin təhlükəli olduğunu bildirib. Onun fikrincə, bu vəziyyət fərdlərin müstəqil təhlil və problem həlletmə bacarıqlarını zəiflədə bilər.

Alim vurğulayır ki, həll süni intellektdən imtina etmək deyil. Əksinə, bu texnologiya düşüncəni əvəz edən yox, onu dəstəkləyən bir alət kimi istifadə olunmalıdır.

Perlmutter süni intellektdən gələn məlumatların sorğulanmalı, səhv ehtimalının daim nəzərə alınmalı olduğunu və elmi yanaşmanın əsas götürülməli olduğunu bildirir.(qafqazinfo)

SON XƏBƏRLƏR

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BÜTÜN XƏBƏRLƏR